
Açiq mənbələrdən foto.
Bakı/16.03.22/Turan: "Aeroflot" aviaşirkəti martın 21-dən Bakıya müntəzəm reysləri bərpa edəcək və Bakıda gündəlik müntəzəm reyslərə biletlərin satışına başlayacaq. Azərbaycanın paytaxtına uçuşlar 2022-ci il martın 21-dən “Sukhoi Superjet 100” təyyarələrində yerinə yetiriləcək", - TASS bildirib.
Xatırladaq ki, bundan öncə uçuşlar ABŞ-ın sanksiyalarına görə uçuşları sığortalamaq mümkün olmadığı üçün dayandırılmışdı.
Azərbaycanın müvafiq qurumları hələlik bu məlumatı şərh etmirlər. – 06B-
Rəy yaz