Avropa Komissarı DİN başçısını vətəndaşların hüquqlarını pozmamağa çağırıb - V.Eyvazovun cavabı
Strasburq/03.03.20/Turan: Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç DİN başçısı Vilayyət Eyvazova məktub göndərib. Məktubda bu yaxınlarda Bakıda keçirilən etirazlar zamanı polisin dinc aksiyalara qarşı zorakılığı və nümayişçilərin dağıdılması ilə bağlı narahatlıq ifadə olunub.
Komissar xüsusən Bakının mərkəzində bütün dinc etiraz formalarının qadağan edilməsi, inzibati həbslər və cərimələr, etiraz aksiyalarını işıqlandıran jurnalistlərə qarşı amansız rəftardan narahatdır.
Dinc nümayişçilər nümayişdə iştiraklarına və fəallıqlarına görə sanksiyalara məruz qalmamalıdır, hakimiyyət isə nümayişçilərin və jurnalistlərin xəsarət alması hallarını araşdırmalıdır.
"Mənə həmçinin məlum olub ki, bir neçə etirazçı planlaşdırılan nümayişdən əvvəl həbs edilib və maşın və ya avtobusla uzağa, bəzən Bakıdan yüzlərlə kilometr uzaqdakı yerlərə aparılıb, bu da onların etiraz aksiyasında iştirakına imkan verməyib. Bundan başqa, etiraz aksiyalarını işıqlandıran jurnalistlər etiraz aksiyaları dağıdılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən amansız rəftara məruz qoyulub".
"Hakimiyyətin tətbiq etdiyi son məhdudiyyətlərin Azərbaycanda dinc toplaşma azadlığına ölçüsüz müdaxilə təşkil etməsindən narahatam. Qeyd etmək istəyirəm ki, ATƏT DTİHB-nin və Venesiya Komissiyasının dinc toplaşma azadlığı ilə bağlı Təlimatına əsasən, qabaqcadan məlumatlandırma yalnız dövlətə toplaşma azadlığı və ictimai asayiş üçün şərait yaratmaq imkanı verməyə ehtiyac olduğu zaman tələb olunur".
"Həmçinin, nümayişlər çərçivəsində fəaliyyət göstərən polis əməkdaşlarının proporsional güc tətbiqi məsələləri üzrə xüsusi hazırlıq keçməsini təmin etmək vacibdir", deyə Miyatoviçin məktubunda qeyd edilir.
Cavab məktubunda Vilayət Eyvazov bildirir ki, bir qrup şəxs "nəqliyyatın hərəkətinin intensiv və əhalinin sıxlığının yüksək olduğu" MSK qarşısında etiraz aksiyaları keçirirdi. Təşkilatçılar polisə dəvət olunub və onlara əməllərinin qanunsuz olduğu bildirilib. Buna baxmayaraq, fevralın 16-da 120 nəfər MSK qarşısında yığışıb, "vətəndaşların istirahət hüququnu və nəqliyyatın normal hərəkətini pozaraq, qanunsuz mitinq" keçirməyə cəhd edib.
"Bu zonada yaşayan vətəndaşların DİN-ə daxil olan fasiləsiz şikayətlərini nəzərə alaraq, hadisə yerinə polis qüvvələri göndərilib. Qanunsuz aksiyaya son vermək tələblərinə baxmayaraq, təşkilatçılar bu çağırışlara məhəl qoymayıblar".
Bunu nəzərə alaraq, polis aksiyanın "xüsusi aqressivliyi ilə" fərqlənən iştirakçılarını saxlayıb", deyə Eyvazov yazır.
Jurnalistlərə qarşı zorakılıq faktlarına gəlincə, nazir səmimi təəccüb ifadə edərək, "jurnalistlərə qarşı ümumiyyətlə zorakılıq olmadığını, əksinə, bəzi jurnalistlərin qəsdən polisin funksiyalarını yerinə yetirməsinə mane olduğunu" bildirir.
Daha sonra DİN başçısı iddia edir ki, Azərbaycan hakimiyyəti Toplaşma Azadlığı haqqında Qanun çərçivəsində fəaliyyət göstərir və Azərbaycan qanunvericiliyi "bir sıra Avropa ölkələrinin qanunlarından daha liberal və daha humanistdir". -02D-
-
- Maliyyə
- 3 Mart 2020 14:26
-
- İqtisadiyyat
- 3 Mart 2020 14:52
Siyasət
-
Dekabrın 13-də Kiyevdə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratiuk Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə dövlətlərarası əlaqələrin vəziyyəti və Ali Rada ilə Milli Məclisin yeni seçilmiş deputatları arasında sıx əməkdaşlığın təşviqini müzakirə edib.
-
Cənubi Koreyanın parlamenti şənbə günü Prezident Yun Sok Yola qarşı impiçment qərarını təsdiqlədi. Bu qərar keçən həftə hərbi vəziyyət elan etmək cəhdinin uğursuzluğundan sonra qəbul edilib və ölkəni dərin siyasi böhrana sürükləyib.
-
Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalif siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə işə dair sənədlərin tədqiqinə başlanılıb.
-
Rusiya, görünür, Suriyadan hərbi qüvvələrini çıxarır. Peyk şəkilləri Xmeymim hava bazasına yük təyyarələrinin gəlişini və avadanlıqların sökülməsi işlərini əks etdirir, analitiklər cümə axşamı bildirib.
Azər Qasımlı və digər ictimai şəxslər niyə həbs olunurlar? – Samirə Qasımlı ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 10:10
- 331
Rəy yaz