Azad edilmiş rayonlara ildə bir dəfə getmək mümkün olacaq
Bakı/18.01.22/Turan: Ölkə vətəndaşları azad edilmiş rayonlara ildə bir dəfə gedə biləcəklər. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Anar Rzayev çərşənbə axşamı brifinqdə bildirib.
Səfərlər sərnişin avtobusları ilə həyata keçirilə bilər. Bundan ötrü sərnişinlər bədbəxt hadisələrdən sığortalanacaqlar. Müharibə qəhrəmanları, şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri pulsuz gedə biləcəklər. Digərləri üçün biletin qiyməti 10 manat 40 qəpik, Ağdama 9 manat 40 qəpik, Füzuli aeroportundan Şuşaya 6 manat olacaq.
Reyslər yanvarın 24-də açılacaq. Avtobuslar Bakıdan səhər saat 6:30-da, Əhmədbəyli və Bərdədən isə saat 10:00-da yola düşəcəklər. Biletləri yolumuzqarabaga.az saytından onlayn əldə etmək olar.
Avtobuslar azad edilmiş ərazilərlə polisin müşayiətilə hərəkət edəcəklər. Həmçinin hər avtobusda polis əməkdaşı olacaq.
Əhmədbəyli-Şuşa marşrutu üzrə reyslər həftədə dörd dəfə, digər istiqamətlər üzrə həftədə iki dəfə həyata keçiriləcək. -02D-
-
- Maliyyə
- 18 Yanvar 2022 12:05
-
- İqtisadiyyat
- 18 Yanvar 2022 12:22
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz