Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının missiyasını qəbul etməyə hazırdır
Bakı/06.07.21/Turan: Bakı və Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın münaqişədən ziyan dəymiş rayonlarına missiya göndərməsilə bağlı razılıq əldə edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.
“Təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığın missiyası haqda konkret məlumat təqdim etməsini gözləyirik.
Bir daha vurğulamaq istərdik ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında Birləşmiş Millətlər Təşkilatı Qaçqınlar üzrə Ali Komissarlığının missiyasını qəbul etməyə hazırdır”, - Leyla Abdullayeva deyib.–06D-
-
- İqtisadiyyat
- 6 İyul 2021 11:27
-
- Siyasət
- 6 İyul 2021 12:01
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz