Azərbaycan-Ermənistan: "irəliləyiş" əldə olunub, amma qarşıda hələ ağır iş var", Blinken bildirib
Vaşinqton/30.06.23/Turan: Cümə axşamı ABŞ-ın yüksək vəzifəli diplomatı bildirib ki, Azərbaycan və Ermənistan ağır işə baxmayaraq, sülh sazişi yolunda "irəliləyiş" əldə ediblər, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Siz razılaşmaya nə qədər yaxınlaşırsınız, bəzi hallarda bir o qədər çətinləşir, çünki ən çətin məsələlər sonraya qalır", - dövlət katibi Entoni Bkinken ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçgünlük danışıqların sonunda bildirib.
Dövlət Departamenti danışıqları mətbuat katibi Metyu Millerin gündəlik brifinq zamanı Turan-ın suallarını cavablandırarkən dediyi kimi "konstruktiv" hesab edib. Cümə axşamı Blinken nazirlərlə yenidən görüşüb, həm ayrılıqda, həm də hər ikisilə birlikdə.
Blinkenin sözlərinə görə, danışıqlar "səmimiyyət, açıqlıq və düzlük"lə aparılıb, çünki hər iki tərəf razılığa gəlmək üçün ciddi danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirib. O, Avropa İttifaqının vasitəçiliyilə yaxın həftələrdə baş tutacaq iki ölkə liderinin görüşündə gələcək irəliləyişlərə ümid edir.
"Mən [sülh] sazişinin, o cümlədən bəzi əlavə maddələr üzrə razılaşmaların hazırlanması, eləcə də qalan məsələlər üzrə [tərəflərin] mövqelərinin anlaşılmasının dərinləşdirilməsilə bağlı bu ümumi məqsədə doğru irəliləyişi yüksək qiymətləndirirəm. Və onu da başa düşmək lazımdır ki, yekun razılaşmaya nail olmaq üçün hələ də çətin işlər görülməlidir”, - o deyib.
Bağlanış mərasimində nə Bayramov, nə də Mirzoyan çıxış etməyib. Bu həftəki danışıqlar ABŞ-ın iki ay ərzində iki tərəf arasında apardığı danışıqların ikinci raundu olub. Oxşar danışıqlarə Avropa İttifaqı da təşkil edib.
"Biz ümumi və yekun sazişə nail olmaq məqsədilə önümüzdəki həftələrdə və aylarda da bu prosesin davam etdirilməsini istəyirik”, -Blinken deyib.
Aleks Raufoğlu
-
- Siyasət
- 30 İyun 2023 10:00
Siyasət
-
Qazaxıstanın Mangistauski rayonunda yerləşən məhkəmə, blogger Azamat Sarsenovu Aktau şəhərində Embraer 190 sərnişin təyyarəsinin qəzasının baş verdiyi yeri çəkdiyi üçün 10 günlük həbs cəzasına məhkum edib. Bu qərar məhkəmənin mətbuat xidməti tərəfindən təsdiqlənib, RBC-nin məlumatına görə.
-
AZAL-a məxsus sərnişin təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat ödəniləcək.
-
Dekabrın 26-da Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Xamzat Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
-
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub. Bunu inkar etmək qeyri-mümkündür", - bunu yerli və beynəlxalq medialarda mənbələrə istinadən Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsinin Rusiya havadan hücum müdafiə sistemləri tərəfindən vurulması ilə bağlı xəbərini Turana şərh edərkən deputat Rasim Musabəyov deyib.
Rəy yaz