Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli Işçi qrupunun işi bərpa edildi
Bakı/17.08.21/Turan: Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk avqustun 17-də Moskvada üçtərəfli İşçi Qrupunun işini bərpa etdi.
Rusiya hökumətinin bəyanatında deyilir ki, Çərşənbə axşamı günü keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 11 yanvar 2021 -ci il tarixli bəyanatı çərçivəsində gələcək işlərin gedişatını müzakirə etdilər.
Qeyd edək ki, Ermənistanın nəqliyyat kommunikasiyalarının açılmasından imtina etməsi səbəbindən Işçi qrupunun iclası uzun müddət keçirilmirdi. -02D-
Siyasət
-
Çeçenistan, Baki-Qroznı marşrutu üzrə hərəkət edən Embraer 190 təyyarəsinin qəzaya uğraması ilə əlaqədar 28 dekabr tarixində matəm günü elan edəcək. Çeçen lideri Ramzan Kadırov tərəfindən imzalanmış fərman yerli "Çeçenya Today" xəbər agentliyi tərəfindən bildirilib.
-
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan xalqına başsağlığı verib
-
Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.
-
Plastik cərrahiyyə fəaliyyətinə dair saxta sertifikatların verilməsinə görə Səhiyyə Nazirliyinin məmurlarına cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin 27 dekabr tarixli birgə məlumatında deyilir.
Rəy yaz