![Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postları yaradır](https://turan.az/resized/media/2021/main/111000040730-750-500-resize.webp)
Azərbaycan Gorus-Qafan yolunda gömrük və sərhəd postları yaradır
Bakı/10.11.21/Turan: "Bu gün Azərbaycan tərəfi bildirib ki, noyabrın 11-i saat 24:00-dan etibarən Gorus-Qafan yolunun bir hissəsində sərhəd və gömrük nəzarəti həyata keçiriləcək". Bu barədə noyabrın 10 da axşam İctimai Televiziyanın efirində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qeyd edək ki, Ermənistanın bu iki şəhəri arasındakı yolun bir hissəsi Azərbaycan ərazisindən keçir.
Bu gün Ermənistana mal çatdıran İran yük maşınlarının istifadə etdiyi əsas yoldur. Eyni zamanda, Ermənistan üçün də bu yol İranla əlagə yaradan kommunikasiyadır.
Məhz bu yolda Qarabağa qanunsuz səfər edən iranlı sürücülər cərimələnərək saxlanılıb. -02D-
-
- Mədəniyyət
- 10 Noyabr 2021 17:30
-
- Siyasət
- 11 Noyabr 2021 11:02
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Somali dövlət başçısının Bakıya səfərinin iki ölkə arasında "sıx dostluq münasibətlərində yeni səhifə açacağına" əminliyini bildirib.
-
Rusiya Azərbaycan qazının Ukraynanın qaz-nəqliyyat sistemindən istifadə ilə Aİ-yə tədarükü mümkünlüyünü müzakirə etmir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. "Müzakirə olunmur", deyə o qeyd edib.
-
Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib, bu barədə onun vəkili Nemət Kərimli bildirib. Müdaifə tərəfi bu qərarı əsassız hesab edir, belə ki, Meydan TV-nin işi üzrə həbs edilmiş Deko barəsində istintaq hərəkətləri aparılmır.
-
"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. 12 dekabr 2024-cü il tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər artıb.
Rəy yaz