Rally on Lenin Square in Baku, 1989. Photo by RIA Novosti, D. Kalinin
Azərbaycan müstəqilliyin 31-ci ildönümünü qeyd edir
Bakı/18.10.22/Turan: Oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd edilir. 31 il öncə - 1991-ci il oktyabrın 18-də parlament Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması haqda Konstitusiya aktını qəbul edib.
Bu sənədlə Azərbaycan Respublikası bolşevik Rusiyasının işğalı nəticəsində süqut edən 1918-20-ci illər Azərbaycan Demokratik Respublikasının varisi elan olunub.
Konstitusiya aktına əsasən milli və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlara tam bərabər hüquqluluq zəmanət verilir..-06D-
Siyasət
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
-
Fevralın 6-da hakim Faiq Qəniyevin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edən Nəsimi Rayon Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
-
Fevralın 6-da Azərbaycan və Avropa İttifaqı arasında readmissiya haqqında saziş çərçivəsində Almaniyadan 45 nəfər Azərbaycan vətəndaşı readmissiya edilib. Bu barədə fevralın 7-də Azərbaycan Dövlət Miqrasiya Xidməti bildirib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi başa çatıb.
Rəy yaz