Açiq mənbələrdən foto.
Azərbaycan ordusunun Şuşa və Laçındakı mövqeləri atəşə tutulub
Bakı/12.07.23/Turan: İyulun 11-də axşam və iyulun 12-də səhər tezdən ermənilər Azərbaycan ordusunun Şuşa və Laçındakı mövqelərini atəşə tutublar, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Əsasən iyulun 11-də Azərbaycan ordusunun Şuşa rayonunda mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bundan əlavə, iyulun 12-də saat 05:45-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar. Azərbaycan bölmələri cavab tədbirləri görüb, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, iyulun 12-də saat 05:30-da Tex kəndi yaxınlığında erməniləri mövqeləri atəşə tutulub, nəticədə bir hərbi qulluqçu yaralanıb. Onun adı və soyadı açıqlanmır, ancaq baş hərfləri göstərilir.
Separatçılar isə ermənilərin Şuşa ərazisindəki mövqelərinin minaatandan atəşə tutulduğunu bildiriblər. 06В
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz