Açiq mənbələrdən foto.
Azərbaycan "Şərq Tərəfdaşlığı" bəyannaməsinin Belarusu tənqid edən bəndinə qoşulmayıb
Bakı/16.12.21/Turan: Dekabrın 15-də Brüsseldə VI "Şərq Tərəfdaşlığı" sammitinin yekunlarına görə birgə bəyannamə qəbul edilib.
Bəyannamədə Şərq Tərəfdaşlığı layihəsinin hazırki vəziyyətinə qiymət verilir və onun gələcək strategiyası müəyyən edilir.
Bu zaman Azərbaycan sammitin bəyannaməsinin Belarusda daxili siyasi vəziyyət haqqında 11-ci paraqrafına qoşulmayıb.
Eyni zamanda, Azərbaycan münaqişələrin təsirinə məruz qalan regionlarda əməliyyatlar haqqında 8-ci paraqrafına düzəliş edib. Azərbaycanın düzəlişi belədir: "Azərbaycan Respublikasının müvafiq sorğusu olmadan və onunla razılaşdırılmadan". -02D-
Siyasət
-
Amnesty International beynəlxalq hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs olunmuş yeddi jurnalistin və media işçisinin azad edilməsi tələbilə kampaniyaya başlayıb.
-
Hüquq müdafiəçisi Rüfət Səfərov həbs olunmadan əvvəl ona ABŞ Dövlət Departamentinin mükafatından imtina etmək üçün təzyiq göstərilib. Bu barədə Səfərovun Facebook hesabında dərc olunmuş müraciətində deyilir.
-
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində regionda uzuznmüddətli sülhün bərqərar olması ilə bağlı təkliflərini dərc edib. Bu təkliflər arasında o, Azərbaycana təkcə beynəlxalq məhkəmələrdə deyil, ümumiyyətlə də qarşılıqlı iddialardan imtina etməyi təklif edib.
Rəy yaz