Azərbaycanda Soyqırım günü qeyd olunur
Bakı/31.03.20/Turan: Bu gün Azərbaycanda azərbaycanlıların soyqırımı günü qeyd olunur. 1918-ci il martın 31-də Bakıda "Daşnaksütyun" Partiyasının (Ermənistanın "Daşnaksütyun" inqilabçı federasiyası) birləşmələri Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutublar. Əks-inqilaba qarşı mübarizə bəhanəsilə dinc Azərbaycan əhalisinin məhvinə başlanılıb. Bu zaman hətta gəmi artilleriyasından da istifadə olunub. Bu vəhşi aksiya nəticəsində 12 minə yaxın insan həlak olub.
Bakıda qarışıqlıqlar martın 30-dan aprelin 2-dək davam edib. Bu vaxt ərzində Bakıda və ona bitişik yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib.
Şəhərin müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edib. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan idi. Bakı qəzasında (Bakı quberniyasının şərq hissəsi) etnik təmizləmələrdən sonra dinc əhalinin qırılması Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər raoynlarında da davam etdirilib.
Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də İslam ordusunun gəlişindən sonra bərpa edilib.
1918-ci ilin mart-aprel hadisələri xalqın faciəvi tarixinin səhifələrindən yalnız biridir. XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımın qurbanı olub və deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti sovet hakimiyyəti illərində də davam edib. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir. Həmin vaxt erməni təcavüzü nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib və yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib.-0-
-
- İqtisadiyyat
- 31 Mart 2020 13:07
-
- Söz istəyirəm
- 31 Mart 2020 13:30
Siyasət
-
Milli Şuranın üzvü Cəmil Hacıyev üzərində "Siyasi məhbuslara azadlıq!" yazılmış plakat qaldırarkən polislər onu saxlayıb. Bu, yanvarın 10-da saat 17:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib.
-
Birləşmiş Ştatlar cümə günü Rusiyanın enerji sektoruna neft və maye qaz ixracını hədəfləyən, Moskvaya aylıq milyardlarla gəlir gətirən bizmesinə ən böyük sanksiyalarını tətbiq elədi.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
BAKI, Azərbaycan (Reuters) - BP-Azerbaijan Şahdəniz qaz-kondensat yatağındakı Alpha dəniz platformasında əməliyyatları qaz kondensatının nəqli üçün istifadə olunan sualtı qaz boru kəmərində baş verən texniki nasazlıq səbəbilə dayandırıb. Bu barədə şirkətin sözçüsü Tamam Bayatlı cümə günü bildirib.
Rəy yaz