Hikmət Hacıyev
Bakının mühüm etirafı: Rusiya sülhməramlılarının Qarabağda mandatı razılaşdırılmayıb
Bakı/06.09.21/Turan: Bakı və Moskva hələlik Rusiya sülhməramlılarının Qarabağda mandatını razılaşdırmayıblar, Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev Bi-Bi-Si-yə müsahibəsində bildirib.
“Əlavə razılaşmalar və sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə müzakirələr hələ davam edir", - o deyib.
Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən həyata keçirilir.
"Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər", - Hacıyev qeyd edib.
Bu bəyanatla rəsmi Bakı ilk dəfə təsdiq edib ki, Rusiya sülhməramlılarının səlahiyyətlərinə dair mandatı imzalamayıb. Ötən 10 ay ərzində sülhməramlıların əməllərinin dəfələrlə tənqid olunması və onların hüquq və səlahiyyətləri barədə razılaşmaların davam etməsi ondan xəbər verir ki, Bakı Moskvanın əldə etmək istədiyi hüquqlarla razı deyil. Moskva isə Bakıya Azərbaycanın tələb etdiyi səlahiyyətləri vermək istəmir.
Xatırladaq ki, Bakı Laçın dəhlizində özünün iştirakının və nəzarətinin vacibliyini dəfələrlə bəyan edib. Bundan əlavə, Bakı Ermənistandan hərbçilərin Qarabağa göndərilməsinə son qoyulmasını və orada qalan erməni qüvvələrin Qarabağdan çıxarılmasına tələb edib.
Beləliklə, hazırda Qarabağda sülhməramlıların mövcudluğunun hüquqi əsası yoxdur və şifahi razılaşmalar əsasında həyata keçirilir ki, bu da onların statusunu dayanıqlı etmir.
* 2 min nəfərədək Rusiya sülhməramlısı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatından sonra Qarabağa gətirilib. Onlar faktiki olaraq erməni əhalini və "müstəqillik uğrunda və Azərbaycanın təcavüzünə qarşı" mübarizəni davam etdirəcəklərini bəyan edən separatçıların rəhbərliyini qorumaqla məşğuldurlar.-02D-
-
- İqtisadiyyat
- 6 Sentyabr 2021 12:40
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz