Açiq məmbələrdən
Baş Prokurorluq: İcra başçılarının nümayəndələri işdən qovulub, cinayət işi açılıb
Bakı/01.05.20/Turan: Bir neçə rayonda icra nümayəndələri işdən çıxarılıb, barələrində cinayət işi başlanıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, bu faktlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə vəaz təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən həyata keçirilən qanunamüvafiq tədbirlər zamanı aşkar edilib.
Məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək, aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyənləşib.
Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək, ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.
Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək, ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr üzə çıxıb.
Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilib. M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil, yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyənləşib.
Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. -16D-
-
- Siyasət
- 1 May 2020 17:06
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz