Jeyhun Bayramov
Ceyhun Bayramov: “Ermənistan kommunikasiyaların açılmasına çətinliklər yaradır”
Bakı/20.06.23/Turan: Zəngəzur dəhlizi Orta dəhliz çərçivəsində kommunikasiyaların daha da artırılması potensialına malik təşəbbüsdür, - bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Caspian Connectivity beynəlxalq konfransında çıxış edərkən bildirib.
O bu istiqamətdə görülən səylərə baxmayaraq, kommunikasiyaların açılmasında Ermənistanın yaratdığı çətinliklərə diqqəti yönəldib.
Nazir qeyd edib ki, bununla belə, Azərbaycanla Ermənistan arasında münasibətlərin suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşması üçün perspektivlər açılır.
Azərbaycan regionun daha təhlükəsiz və firavan gələcəyinin qurulmasına töhfə verən inkişaf yolu ilə irəliləməyə davam etməkdə əzmlidir, regiondan və onun hüdudlarından kənarda olan investorlarla əməkdaşlıqda maraqlıdır. O qeyd edib ki, bütün tərəfdaşlar Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərini dəstəkləməyə dəvət olunub.- 06B-
-
- İqtisadiyyat
- 20 İyun 2023 16:15
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz