Açiq mənbələrdən foto.
Dövlət Departamenti: Rusiyalı mütəxəssislər İranda pilotsuz döyüş təyyarələrindən istifadə üzrə təlim keçirlər
Vaşinqton/08.12.22/Turan: Son həftələr Rusiya rəsmi şəxsləri İranın pilotsuz təyyarələrinin Rusiyaya verilməsinə dair razılaşma çərçivəsində İranda təlimlər keçiriblər, Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Vaşinqtonda gündəlik brifinq zamanı Turan-ın müxbirinə bildirib.
Ötən ay Vaşinqton işarə edib ki, İranın Rusiyaya bir neçə yüz pilotsuz təyyarə verməyə hazırlaşması və pilotsuz döyüş təyyarələrinə baxış məqsədilə Rusiya rəsmilərinin İrana səfər etməsi barədə məlumatı var.
“Biz təsdiq edə bilərik ki, son bir neçə həftə ərzində Rusiya rəsmi şəxsləri pilotsuz uçan aparatların verilməsinə dair saziş çərçivəsində İranda təlim keçiblər”, - Patel deyib.
“Biz İran tərəfindən pilotsuz uçan aparatlarının istifadəsi və yayılmasından son dərəcə narahatıq. Onlardan ABŞ qüvvələrinə, regiondakı tərəfdaşlarımıza və beynəlxalq nəqliyyat şirkətlərinə hücum etmək üçün istifadə edilib”, - Patel əlavə edib.
Vaşinqton “pilotsuz uçan aparatları ilə bağlı materialların və texnologiyaların İrana tədarükünün qarşısının alınması, dayandırılması və aradan qaldırılması üçün sanksiyalar daxil olmaqla, bütün mövcud vasitələrdən” istifadə etməyə davam edəcək.
Patelin bəyanatı Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın Avropa İttifaqı və “Böyük yeddilik” ölkələrindən rusiyalı turistlərə viza verilməsinin dayandırılmasını xahiş etdikdən bir gün sonra səslənib.
ABŞ rusiyalı turistlərə viza verilməsinə heç bir məhdudiyyət qoymayıb. Bu barədə dövlət katibinin viza xidmətləri üzrə köməkçisinin müavini Juli Stafft Turan-a bildirib: “Rusiyalı turistlər üçün məhdudiyyət yoxdur”, - Stafft deyib.
Dövlət Departamenti Ukraynanın sorğusuna cavab olaraq öx siyasətinə yenidən baxılması imkanlarını nəzərdən keçirirmi sualının cavabında mətbuat katibinin müavini Vedant Patel bildirib ki, Vaşinqton Rusiya xalqına “zərər vermək” istəmir: “Biz çox açıq şəkildə işarə etdik ki, bizim hərəkətlərim Rusiya xalqına zərər verməməyə yönəlib”. 0
Siyasət
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
-
3 fevral, bazar ertəsi günü səhər saatlarında Rusiyanın Astraxan və Volqoqrad bölgələrindəki kritik enerji obyektlərinə görünməmiş pilotsuz uçuş aparatları hücumları olub, yerli rəsmilər bildirib. Astraxanın qubernatoru İqor Babuşkin bölgəsində yanacaq və enerji kompleksinin quraşdırmalarına edilmiş hücum cəhdlərini bildirərək hücumu Ukrayna silahlı qüvvələrinə aid edib. Lakin pilotsuz uçuş aparatlarının sayı və ya onların məhv edilməsi ilə bağlı xüsusi məlumatlar açıqlanmayıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
Rəy yaz