Açiq mənbələrdən foto.
Erməni tərəfi Azərbaycan, Rusiya və Ermənistan hərbçilərinin Laçına “birgə səfəri”ni təsdiqləyib
Bakı/10.08.22/Turan: Ötən gün Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər. Onları Qarabağın “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan müşayiət edib. Bu barədə bu gün Ermənistan KİV Qarabağ separatçılarına istinadən məlumat yayıb.
“Aravot” qəzetinin yazdığına görə, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Həmin mənbənin məlumatına görə, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisilə də tanış olub.
Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ Müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin böyük bir qrupuna daxildir. O əsasən 1992-ci ilin fevralında Xocalıda dinc əhalinin qətliamında iştirak edib. 02D
-
- İqtisadiyyat
- 10 Avqust 2022 14:08
-
- Söz istəyirəm
- 10 Avqust 2022 14:40
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz