Açiq mənbələrdən foto.
Erməni xəstələri aparan avtomobillər və sülhməramlıların yük maşınları Laçından keçərək Ermənistana gediblər
Bakı/28.12.22/Turan: Dekabrın 28-də Qızıl Xaç Cəmiyyətinin ağır xəstə olan erməniləri aparan üç maşını Laçın yolu ilə Xankəndidən Ermənistana gedib.
Bundan öncə Qızıl Xaç Cəmiyyətinin nümayəndələri Azərbaycan tərəfinə bildiriblər ki, ağır xəstələri iki nəfər ailə üzvü və iki tibb işçisi müşayiət edəcək.
Bu müraciətlərin bir qismi Qarabağ ermənilərinə açıq olan “Qaynar Xətt” vasitəsilə daxil olub.
Bundan əlavə, bu gün Rusiya sülhməramlılarının iki yük maşını Laçın dəhlizindən maneəsiz keçib. 02D
-
- Maliyyə
- 28 Dekabr 2022 11:38
Siyasət
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
-
Cənubi Kaliforniyada yanvarın 7-də başlamış yanğını lokallaşdırmaq mümkün olmayıb. ABŞ prezidenti Co Bayden genişmiqyaslı təbii fəlakət rejiminin tətbiq edildiyini açıqlayıb.
Rəy yaz