Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/12.03.22/Turan: Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Ağdam, Xocavənd  və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunan istiqamətlərdə yerləşən Azərbaycan bölmələri tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır, deyə Nazirliyin məlumatında bildirilir.-0-

 

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti