Açiq mənbələrdən foto.
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini minaatanlardan atəşə tutub
Bakı/02.09.23//Turan: Sentyabrın 2-də saat 11:00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Zod istiqamətindəki mövqelərindən Azərbaycan ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutublar, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Bu istiqamətdə Azərbaycan ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Ermənistan Müdafiə Nazirliyi həmin istiqamətdə atışma barədə məlumat yaymayıb. 06
Siyasət
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
-
Yanvarın 24-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri Əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz