Açiq mənbələrdən foto.
Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Naxçıvan və Gədəbəydəki mövqelərini atəşə tutub
Bakı/12.09.23/Turan: Sentyabrın 12-də saat 09:45-dən 10:00-dək Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görüb.
Mənbənin məlumatına görə, sentyabrın 11-də axşam saatlarında erməni tərəfi Gədəbəy rayonunun Əyrivənq, Göyəli və Qaravəllər kəndlərini atəşə tutub.06В
Rəy yaz