Армении Ара Айвазян.
Ermənistan XİN: Qarabağda münaqişə bölgə sakinlərinin öz müqəddəratını təyin etmək hüququ tanındıqdan sonra həll ediləcək
Yerevan/03.12.20/Turan: Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq ictimaiyyət Qarabağ sakinlərinin öz müqəddəratını təyin etmək hüququnu tanıdığı təqdirdə nizamlana bilər. Bu barədə bu gün Ermənistanın XİN başçısı Ara Ayvazyan bildirib.
"Münaqişə yalnız Arsax xalqının həyata keçirdiyi öz müqəddəratını təyin etmək hüququ beynəlxalq ictimaiyyət tərəfindən tanındığı təqdirdə həll edilmiş hesab oluna bilər. Müharibə zamanı beynəlxalq ictimaiyyət bizim 26 il ərzində israr etdiyimiz anlayışı möhkəmləndirib və dərinləşdirib. Bu, öz tarixi vətənində yaşayan azad və ləyaqətli insanların məsələsidir", deyə Armenpress Ayvazyandan sitat gətirir. -02D-
-
- İqtisadiyyat
- 3 Dekabr 2020 16:54
-
- Aktual Reportaj
- 3 Dekabr 2020 17:10
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz