Göygöl rayonunun sakini piyada əleyhinə minaya düşərək ölüb
Bakı/15.07.21/Turan: Göygöl rayon sakini Ramal Ocaqquliyev iyulun 14-də kənd təsərrüfatı işləri zamanı minaya düşüb. Bu barədə Göygöl Rayon Prokurorluğu məlumat yayıb.
Ocaqquliyev Göygöl və işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən, “Bənövşə otlağı” olaraq tanınan ərazidə piyada əleyhinə minaya düşüb. Bu ərazi əvvəllər Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında yerləşib və minalanmış zona hesab olunur.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (adam öldürmə, xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla törədildikdə) və digər maddələri ilə cinayət işi açılıb, istintaq aparılır, deyə məlumatda bildirilir. -06В-
-
- İqtisadiyyat
- 15 İyul 2021 11:33
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz