
Açiq mənbələrdən foto.
Hakimiyyətin vətəndaşları aylarla Dağıstan sərhədində saxlamağın səbəbi barədə suala cavabı yoxdur
Bakı/20.06.20/Turan: Azərbaycan hakimiyyəti niyə öz vətəndaşlarını ölkəyə buraxmır və Dağıstan sərhədində ağır şəraitdə saxlayır? Niyə onları karantinə, virus daşıyıcılarını isə xəstəxanalara yerləşdirmək olmu?
Şənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndələrinə bu suallar verilib. Amma jurnalistin bu suallarına cavab verilməyib. Cavabda bu qədər insanın ölkəyə buraxılmasının təhlükəli olduğu, onlar arasında virusa yoluxmuş şəxslərin ola biləcəyi və onların başqa insanları xəstəliyə yoluxdura biləcəyi deyilib. -0-
Rəy yaz