Açiq mənbələrdən foto.
Human Rights Watch Tofiq Yaqublunu azad etməyə çağırıb
Bakı/21.05.20/Turan: Human Rights Watch hüquq müdafiə təşkilatı Azərbaycan hakimiyyətini Müsavat Partiyasının fəalı Tofiq Yaqublunu azad etməyə çağırıb.
HRW-nin bəyanatında deyilir ki, "hakimiyyət Yaqublunun həbsi üçün bəhanə tapmağa vaxt sərf etmədi, onu saxta "xuliqanlıq" ittihamıyla saxladı".
Yaqublu Şüvəlanda 3 saylı istintaq təcridxanasında saxlanılır, burada sanitar şərait çox pisdir, buna baxmayaraq, təcridxana Covid-19 koronavirusa qarşı uğurla mübarizə apardığını bəyan edir.
Yaqublunun səhhətindəki problemləri və saxlanma şəraitini nəzərə alaraq, koronavirusa yoluxma riski həddindən artıq böyükdür, deyə HRW qeyd edir.
"Avropa Şurası və ABŞ Yaqublunu azad etməyə çağırıb, Amnesty İnternational onu siyasi məhbus kimi tanıyıb, amma Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymayaraq, siyasi qisas siyasəti həyata keçirib", deyə bəyanatda bildirilir. -16D-
-
- Cəmiyyət
- 21 May 2020 13:30
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz