İ.Əliyev RF iqtisadiyyat nazirini qəbul edib
Bakı/23.04.18/Turan: Bazar ertəsi dövlət başçısı İlham Əliyev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkini qəbul edib.
Görüşdə ikitərəfli iqtisadi münasibətlərin inkişafı məsələləri müzakirə olunub. Xüsusən, ölkələr arasında ticarət dövriyyəsinin artdığı qeyd edilib.
Maksim Oreşkin son aylar ərzində iqtisadi əməkdaşlıq sahəsində atılmış ikitərəfli addımların müsbət xarakterli olduğunu qeyd edib.
Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizi, investisiyalar, kənd təsərrüfatı, turizm və s. sahələrdə perspektivlər barədə fikir mübadiləsi aparıblar. -02D-
-
- Cəmiyyət
- 23 Aprel 2018 12:10
-
- İqtisadiyyat
- 23 Aprel 2018 13:20
Siyasət
-
Sentyabrın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın görüşü olub.
-
18 beynəlxalq insan hüquqları təşkilatı Avropa Şurasının yeni baş katibi Alen Berseyə məktub ünvanlayaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti, jurnalist və fəalların kütləvi həbsinə diqqət çəkiblər.
-
Bu gün şeyxülislam Allahşükür Paşazadə Moskvaya gedir. O, sentyabrın 21-də keçiriləcək “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq Müsəlman Forumunda iştirak edəcək.
-
İqtisadçı, İstanbul Universitetinin doktorantı Fazil Qasımov 97 gündür ki, Penitensiar Xidmətin müalicə müəssisəsində aclıq edir. Sentyabrın 17-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları ona baş çəkiblər.
Rəy yaz