Kəlbəcər istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb
Bakı/13.09.23/Turan: Sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib.
Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb.
Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib.-0-
-
- Siyasət
- 13 Sentyabr 2023 21:12
Siyasət
-
Fransanın Bakıdakı səfirliyi dekabrın 26-da milli matəm günündə Azərbaycanla həmrəylik əlaməti olaraq Avropa İttifaqı və Fransa bayraqlarını endirib. Bu barədə Fransa səfirliyinin X sosial şəbəkəsindəki hesabında yer alan məlumatda bildirilir.
-
Bakı hava limanında AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə lövhə quraşdırılıb.
-
AZAL-ın qəzaya uğrayan təyyarəsinin füzelajındakı dəliklər "Pansir-S1" raketinin zərbəsinin nəticələrinə oxşayır - xarici və Rusiya hərbi ekspertlərinin əksəriyyəti belə nəticəyə gəlir.
-
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Aktau şəhərində sərnişin təyyarəsinin faciəli qəzası ilə əlaqədar başsağlığı ifadə edib. Qazaxıstanın Azərbaycandakı səfirliyi adından yayımladığı açıqlamada Bayel, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verərək yaralananlara tezliklə sağalmağı arzulayıb və deyib: “Ruhları cənnətdə olsun.”
Rəy yaz