Gitanas Nauseda
Litva prezidenti Bakıya səfərə gələcək
Bakı/11.05.22/Turan: Mayın 18-də Litva prezidenti Qitanas Nauseda Bakıya səfərə gələcək. Bu barədə Turan-a Litvanın Azərbaycandakı səfirliyindən bildiriblər. Səfər proqramı haqqında yalnız Nausedanın Azərbaycan-Litva biznes forumunda iştirak edəcəyi məlumdur.
Azərbaycan tərəfi hələlik qarşıda duran səfər haqqında məlumat verməyib. Qonağın səviyyəsini nəzərə alaraq, onun dövlət başçısı tərəfindən qəbul ediləcəyini təxmin etmək olar. -02B-
-
- Çətin sual
- 11 May 2022 16:29
-
- Cəmiyyət
- 11 May 2022 16:58
Siyasət
-
Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar aparacaqlar və mətbuata açıqlama verəcəklər, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
-
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında Nicat İbrahim "qanunsuz" həbsinə və məhkəmənin gedişinə etiraz olaraq məhkəmə zalında saxlanıldığı şüşə qəfəsə başı ilə zərbələr endirərək intihara cəhd edib.
-
Beynəlxalq Narahat Alimlər Komitəsi həbs edilmiş tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərmək xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
-
Gürcüstanın XİN başçısı Maka Boçorişvili dünən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşüb.
Rəy yaz