Mehman Hüseynova dəstək aksiyasının iştirakçıları həbs edilib
Bakı/11.01.19/Turan: Salyanda Mehman Hüseynovun azad edilməsi tələbi ilə keçirilən aksiyanın iki iştirakçısı inzibati qaydada həbs edilib.
Bu barəda facebook istifadəçiləri bildirir.
İjazəsiz aksiyanın təşkilinə gorə Tariyel Məlikzadə 25 sutka, Əlizamin Salayev isə 20 sutka həbs cəzası alıblar.
Xatırladaq ki, jümə günü 10 nəfərə yaxın yerli sakin Bakı-Salyan yolunu bağlayaraq "Mehmana Azadlıq" şüarları səsləndiriblər.-0-
Siyasət
-
İnsan Hüquqları Müdafiəçilərinin Müdafiəsi Rəsədxanası (OPHRD) azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərovun həbsini pisləyib və ona qarşı ittihamların dərhal ləğv edilərək sərbəst buraxılmasına çağırıb.
-
Dekabrın 21-də Müsavat Partiyasının qərargahında mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis olunmuş mükafatın təqdimatı keçirilib. Mükafat hazırda həbsdə olan "III Respublika Platforması"nın (Resplatforma) spikeri Akif Qurbanova təqdim olunub. Müsavat Partiyasının başqanı İsa Qəmbər Qurbanovun Azərbaycanda demokratik, cümhuriyyət dəyərlərinin bərqərar olması uğrunda apardığı ardıcıl mübarizəyə görə bu mükafata layiq olduğunu deyib.
-
Dövlət Departamentinin sözçüsü TURANa bildirib ki, Birləşmiş Ştatlar Gürcüstanda demokratiyanı sarsıtmaqda günahkar olan daha on məmura viza qadağası qoyacaq və bununla da onların ümumi sayı 100-dən çox olacaq.
-
Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Maqdeburq şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar prezident Frank-Valter Ştaynmayerə başsağlığı verib.
Rəy yaz