премьер-министр Армении Никол Пашинян
Nikol Paşinyan Brüsseldə İlham Əliyevlə görüşünün mümkünlüyü barədə
Bakı/08.05.19/Turan: Ermənistan hökumətinin başçısı Nikol Paşinyan gələn həftə Brüsseldə prezident İlham Əliyevlə görüşünü istisna etməyib. Bu barədə o, çərşənbə günü Yerevanda mətbuat konfransında bildirib.
"Əliyevlə rəsmi görüş planlaşdırılmır, əgər görüşməli olsaq, bir neçə söz mübadiləsi edəcəyik", - Paşinyan deyib.
Xatırladaq ki, mayın 13-14-də Brüsseldə Aİ "Şərq tərəfdaşlığı" proqramı iştirakçısı ölkələrinin sammiti keçiriləcək. Proqrama Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna daxildir.-02D-
Siyasət
-
Noyabrın 23-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda müxtəlif ölkələrdən olan ekofəlallr liderlərin kifayət qədər iqlim maliyyəsi ödənilməsi barədə razılığa gələ bilməməsinə etiraz olaraq aksiya keçirib.
-
Bakıda COP29 iqlim konfransının bağlanışı ərəfəsində Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs olunmuş jurnalistlərin cinayət işlərinə diqqəti yönəldib.
-
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu sessiyası üzrə danışıqlar 24 noyabr tarixinə qədər uzadılıb. Bu barədə UNFCCC Katibliyindən bir mənbə Turan informasiya agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, iştirakçılar həmin tarixə qədər yekun sənədləri razılaşdırıb imzalamağı planlaşdırırlar.
-
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar.
Rəy yaz