president.az

president.az

Bakı/07.08.23/Turan: Bu gün prezident İlham Əliyevin ölkənin qərb bölgəsinə səfəri başlayıb.

Qazaxda o, yenidən qurulmuş Qarapapaq-Çaylı avtomobil yolunun açılışında iştirak edib, "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksində şəraitlə tanış olub.

Əliyev Qazax Müəllimlər Seminariyası nəzdində ADA Universitetinin mərkəzində də olub.

Dövlət başçısının iştirakı ilə Qazaxda Venzana mebel fabrikinin, Gəncə-Qazaxbəyli yolunun 102 kilometrlik hissəsinin açılışı olub.

Qonşu Şəmkir rayonunda dövlət başçısı Məhəmməd Füzuli adına humanitar təmayüllü məktəb-liseyin yeni binasının açılış mərasimində iştirak edib.

Səfər davam edir. 06D

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti