QMİ sədri Türkiyəyə gedəcək
Bakı/21.09.17/Turan: Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 23-də Türkiyəyə yola düşəcək
O, sentyabrın 25-də İstanbulda keçirələcək "İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında" mövzusunda beynəlxalq konfransda iştirak edəcək.
QMİ-dən Turan-a verilən məlumata görə, konfransda iki ölkə deputatları, elm və din xadimləri iştirak edəcəklər.
Konfrans Azərbaycanda elan edilmiş İslam Həmrəyliyi Ili çərçivəsində keçirilir. Bundan öncə belə konfranslar Bakı, Rusiya, Finlandiya və İranda keçirilib.-06d--
-
- İqtisadiyyat
- 21 Sentyabr 2017 12:34
-
- İqtisadiyyat
- 21 Sentyabr 2017 15:15
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz