Bakı/15.06.17/Turan: 15 iyun Azərbaycanda rəsmi olaraq, Milli Qurtuluş Günü qeyd olunur. Rusiyanın təcavüzkar dairələrinə arxalanan Azərbaycandakı qüvvələr 1993-cü ilin iyununda dövlət çevrilişinə cəhd etdilər. Qiyamçıların əsas məqsədi Xalq Cəbhəsinin qərbyönümlü demokratik hakimiyyətini devirmək və Azərbaycanı Moskvanın təsir dairəsinə qaytarmaq idi. Bu qüvvələr hakimiyyətə gəldikləri halda Azərbaycanın MDB-yə, Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına (KTSŞ) daxil olmasını təmin etmək, sərhədlərin birgə qorunması sazişinə qoşulmaq, Gəncədə Rusiyanın hərbi bazasının yaradılması sazişini imzalamaq, Qarabağ münaqişəsinin yalnız Rusiyanın vasitəçiliyi ilə tənzimlənməsinə razılaşmaq öhdəliyi götürmüşdülər.
Mərkəzi hakimiyyətə təzyiq etmək məqsədilə qiyamçıların mövqeləri erməni hərbi qüvvələrinə təslim etmələri, sonuncuların isə Rusiya hərbi dairələrinin təhrikilə iki aylıq sakitlikdən sonra Qarabağ cəbhəsində bütün istiqamətlər üzrə fəal hərbi əməliyyatlara başlamaları vəziyyəti daha da çətinləşdirirdi. Artıq iyun ayında Ağdam rayonu işğal edildi. Belə halda vətəndaş müharibəsindən qaçmaq və dövləti dağılmaqdan xilas etmək üçün ölkə prezidenti Əbülfəz Elçibəy və Naxçıvan Ali Məclsinin sədri Heydər Əliyev qiyamçı qüvvələrin və onların himayədarlarının planlarını pozmaq üçün birgə fəaliyyətlərini razılaşdırırlar.
15 iyun 1993-cü ildə Heydər Əliyev parlamentin spikeri seçilir (həmin ilin oktyabrında isə ölkə prezidenti olub). İyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy Naxçıvanda doğma Kələki kəndinə qayıdır, Heydər Əliyev isə Azərbaycan prezidenti səlahiyyətlərini icra edən şəxs olur. Sonrakı dövrdə MDB-yə daxil olmaq və "Azəri-Çıraq-Günəşli" neft sazişi üzrə Rusiyanın Lukoyl şirkətinə 10% pay verməklə, hakimiyyət situasiyasın sabitləşdirməyə müvəffəq oldu.
Heydər Əliyev ölkənin demokratik qüvvələrinə arxalanaraq, ölkəni Avropa ilə inteqrasiyaya apardı. "Əsrin neft müqaviləsi", NATO ilə "Sülh naminə Tərfdaşlıq" sazişi imzalandı, Azərbaycan Avropa Şurasının və GUAM-ın üzvü oldu. Demokratiya, söz azadlığı, insan haqları, azad iqtisadiyyat sahəsində müxtəlif problemlər olmasına baxmayaraq, bu kurs ümumilikdə dəyişməz olaraq qalır. -0-
-
- Siyasət
- 15 İyun 2017 13:03
Siyasət
-
"Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir", bu barədə noyabrın 12-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi X sosial şəbəkəsindəki hesabında yazıb.
-
Prezident Baydenin administrasiyasının səlahiyyət müddətinin başa çatdığı nəzərə alınmaqla, dövlət katibi Entoni Blinken avropalı həmkarları ilə Ukraynanı necə dəstəkləyə biləcəklərini müzakirə etmək üçün Brüsselə təcili səfərə yola düşür.
-
Bakı Şəhər İcra Hakimiyyətinin. Baçğşçısı Eldar Əzizov bu il oktyabrın 22-də güclü yağışlar nəticəsində yol keçidlərini, tunelləri və çoxsaylı küçələri sel basması ilə baglı bildiribki, yağışlar nəticəsində kanalizasiya xətləri sel sularını götürə bilməyib.
-
ABŞ bərpa olunan enerji mənbələrinə keçiddə Azərbaycan da daxil olmaqla, bütün ölkələrə kömək etməyə hazırdır. Bu barədə COP29 çərçivəsində keçirilən brifinqdə ABŞ-ın İqlim məsələləri üzrə milli müşaviri Ali Zaidi neft və qazdan təmiz enerji növlərinə keçiddə ABŞ-ın Azərbaycana necə kömək edə biləcəyi haqqında Turan-ın sualına cavabda bildirib.
Rəy yaz