Açiq mənbələrdən foto.
Rusiya hərbi gəmilərinin Bakı səfəri
Bakı/18.09.21/Turan: Rusiya Xəzər donanmasının “Həştərxan” və “Anatoli Qujvin” gəmiləri şənbə günü Bakıya dostluq səfərinə gəliblər.
Səfər çərçivəsində Rusiya dənizçilərinin Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşləri keçiriləcək. Görüşlər zamanı əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bundan əlavə, Rusiya dənizçiləri tarixi və mədəni obyektlərlə tanış olacaq, Azərbaycan dənizçilərilə voleybol üzrə yoldaşlıq matçı keçirəcəklər. -02D-
Siyasət
-
Noyabrın 14-də Britaniya Parlamentinin İcmalar Palatasında “Akademik Azadlıq və Azərbaycanın Enerji Sənayesində Korrupsiya” mövzusunda dinləmələr keçirilib. Qlobal Şahid (Global Witness) təşkilatının Qlobal Maqnitski Ədalət Kampaniyası ilə əməkdaşlıq şəraitində keçirilən tədbirə Britaniya Parlamentinin üzvü, parlamentdə partiyalararası Korrupsiyaya Qarşı Mübarizə Qrupunun sədri Joe Powell moderatorluq edib.
-
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Jozep Borrel Azərbaycan rəhbərinin COP29 konfransında Avropa ölkələrinə və şəxsən Borrelə qarşı səsləndirdiyi ittihamları rədd edib.
-
Cümə axşamı prezident İlham Əliyev COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gələn Avropa Şurasının Baş katibi Alen Berseni qəbul edib.
-
Noyabrın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı qərarları açıqlayıb. Qərarlara görə, Azərbaycan höküməti təqribən 40 min avro cərimə ödəməlidir.
Rəy yaz