![Rusiyalı sülhməramlılar erməniləri təkzib ediblər](https://turan.az/resized/media/2022/main/080100049053-750-500-resize.webp)
Rusiyalı sülhməramlılar erməniləri təkzib ediblər
Bakı/01.08.22/Turan: Rusiya sülhməramlıları ermənilərin iddialarını təkzib edib və avqustun 1-də atəşkəsin pozulmadığını bildiriblər. "Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ ərazisində vəzifələrini yerinə yetirməsi davam edir. Rusiya sülhməramlıları iyirmi yeddi müşahidə postunda sutka ərzində vəziyyətin monitorinqini aparırlar və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Rusiyanın sülhməramlı kontingentinin məsuliyyət zonasında pozuntular qeydə alınmayıb", - Rusiya Müdafiə Nazirliyinin saytı bildirib.—06B-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz