
Açiq mənbələrdən foto.
Şarl Mişel və İlham Əliyev Brüssel razılaşmalarının həyata keçirilməsini müzakirə ediblər
Bakı/04.07.22/Turan: Bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə prezident İlham Əliyev arasında Azərbaycan-Ermənistan dialoqu ilə bağlı telefon danışığı olub.
Bu barədə Şarl Mişel öz Twitter səhifəsində bildirib.
Danışıq zamanı Aİ üçün sabit, təhlükəsiz və dinc Cənubi Qafqazın vacibliyi vurğulanıb.
"Biz humanitar, əlaqə və sərhəd məsələlərinin, eləcə də gələcək sülh sazişinin həllində dəstəyi davam etdirəcəyik", deyə məlumatda deyilir. 16D
Rəy yaz