Səfir: �ABŞ Qarabağ münaqişəsinin dinc yolla həlli üçün səylərini davam etdirəcək�
Bakı/21.02.18/Turan: ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ münaqişəsinin nizamlanmasına səy göstərir. Bu barədə bu gün ABŞ səfiri Robert Sekuta bildirib. O qeyd edib ki, bu il münaqişənin başlanmasının 30-cu ili tamam olur.
"Bütün bu hadisələri, keçmişi xatırlamaq, əlbəttə, vacıbdir. Keçmişdən ibrət dərsi almaq vacibdir. Eyni zamanda hesab edirəm ki, yaxşı gələcək qurmaq bundan da vacibdir. Məhz buna görə ABŞ vasitəçi ölkə kimi münaqişə tərəflərini bir araya gətirərək məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni edir", - səfir Qala qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlərin məktəbinə kitab dəstinin hədiyyə edilməsi mərasimində bildirib.
O əlavə edib ki, ABŞ hökuməti bundan sonra da azərbaycanlı köçkün ailələrə yardımı davam etdirəcək.-03/16/06--
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz