Photo TURAN.
Separatçıların liderləri arasında gərginlik fonunda ermənilər Laçın dəhlizinin açılması məqsədinə nail olmayıblar
Bakı/27.12.22/Turan: Rusiya sülhməramlılarının Laçın dəhlizinin dekabrın 26-na qədər açılacağı barədə Ermənistan tərəfə verdiyi vədlər özünü doğrultmayıb.
Bu səbəbdən bu gün bir qrup Qarabağ ermənisi sülhməramlıların komandanı general Volkovdan izahat tələb etmək niyyətindədir.
Hələ cümə günü bir qrup qarabağlı Xankəndi tərəfindən sülhməramlıların postuna doğru yürüş edib və dəhlizin açılmasını tələb edib, deyə Ermənistan KİV-ləri yazır.
Bazar ertəsi axşam böyük bir qrup erməni də jurnalistlərin müşaiyəti ilə maşınlarla Ermənistan tərəfindən Laçın dəhlizinə doğru gedib və onlar da Qarabağa yollarının açılmasını tələb ediblər. Sülhməramlıların komandanının müavini ilə danışıqlar nəticə verməyib. Ermənistanın teleqram kanallarının iddiasına görə, adı açıqlanmayan zabit etiraf edib ki, onlar Moskvadan yolu açmaq barədə əmr almayıblar. Əmr gələn kimi yol açılacaq, deyə o bildirib.
Bu arada, Qarabağda siyasi qüvvələr getdikcə daha çox qütbləşir. Ruben Vardanyanın əleyhdarlarının və onun siyasətindən narazı olanların sayı artır. "Qrapark" qəzeti Ruben Vardanyan və Vitali Balasanyan arasında münaqişə olması faktını təsdiq edib. Balasanyan Azərbaycan tərəfi ilə danışıqlar aparan yeganə şəxs idi, amma Vardanyan bu funksiyanı öz üzərinə götürmək istədiyi üçün onu kənarlaşdırıb. Şaiyələrə görə, Balasanyan vəzifədən azad ediləcək və onun yerini Qarabağ qüvvələrinin keçmiş komandanı Mnatsakanyan tutacaq.
Elə həmin mənbələrin məlumatına görə, Ruben Vardanyan və sonuncu mitinqdə çıxış etməyən və Vardanyanın fəallığına dözmək məcburiyyətində qalan Araik Arutyunyan arasında fikir ayrılığı artır.
Bir sıra ictimai xadimlər, o cümlədən hüquq müdafiəçisi Karen Oqacanyan da Vardanyanın "özfəaliyyətinə" qarşı çıxır. Oqacanyan Ermənistan İctimai Televiziyasına müsahibəsində etiraf edib ki, Vardanyanın Qarabağa gəlişi ilə qarabağlıların Azərbaycan hakimiyyəti ilə əlaqələri pozulub. O, açıq-aşkar bildirib ki, Vardanyan qarabağlıların adından Bakı ilə danışmaq hüququna malik deyil. 02B
Siyasət
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
Rəy yaz