Açiq mənbələrdən foto.
SOCAR Türkiyədə zəlzələ zonasında avtomobilləri pulsuz yanacaqla təmin edir
Bakı/08.02.23/Turan: Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Türkiyə” törəmə şirkəti Hatay, Adıyaman, Qaziantep, Kahramanmaraş və Şanlıurfada zəlzələ zonasında xilasetmə işlərinə cəlb edilmiş təcili yardım, yanğınsöndürmə, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və digər təşkilatların nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin edir.
Şirkət həmçinin Azərbaycan vətəndaşlarını fəlakət zonasından təxliyə edən avtobuslara benzin və dizel yanacağı ilə dəstək verir.
“SOCAR Türkiyə” AFAD-a 6,4 milyon türk lirası məbləğində əsas tələbat malları verib, həmçinin 3,5 milyon lira məbləğində yardım edib. -03D-
Siyasət
-
Müstəqil jurnalist Xanım Mustafayeva yanvarın 11-də Azərbaycandan xaricə gedə bilməyib. Bakı hava limanında ona bildiriblər ki, qadağa Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Lakin jurnalistin hüquqlarının məhdudlaşdırılmasının səbəbləri ona izah edilməyib.
-
Məşhur iqtisadçı və siyasi xadim Qubad İbadoğlunun ev dustaqlığına buraxıldıqdan sonra hüquqlarını daha da məhdudlaşdırırılıb. Onun şəxsiyyət vəsiqəsi fəaliyyətsiz edilib.
-
Yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə növbəti iclas gərgin atmosferdə keçib.
-
Cənubi Kaliforniyada yanvarın 7-də başlamış yanğını lokallaşdırmaq mümkün olmayıb. ABŞ prezidenti Co Bayden genişmiqyaslı təbii fəlakət rejiminin tətbiq edildiyini açıqlayıb.
Rəy yaz