Açiq mənbələrdən foto.
Vaşinqtonda azərbaycanlıların aksiyası
Vaşinqton/15.10.20/Turan: Vaşinqtonda Azərbaycanın öz tarixi torpaqlarının işğaldan azad olunması istiqamətində səylərinə dəstək aksiyası keçirilib.
Aksiyanın iki yüzdən çox iştirakçısı Azərbaycan və Türkiyə bayraqlarını qaldıraraq Ermənistanın işğalçılıq siyasətini pisləyiblər və erməni qoşunların Azərbaycan ərazisindən dərhal çıxarılmasına çağırıblar.
Nümayişçilər Azərbaycanın dinc yaşayış məntəqələrinin raket və artilleriya atəşlərinə son qoyulmasının vacibliyini bildiriblər.
Aksiya iştirakçıları Ağ Evin ardınca Türkiyənin Vaşinqtondakı səfirliyinə gediblər, orada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ankaranın mövqeyini alqışlayıblar. -02D--
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz