Xorvatiya Bakıda səfirlik açır
Bakı/10.04.18/Turan: Aprelin 10-da Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç Bakıda səfirliyin təsis edilməsi ilə bağlı Xorvatiya XİN-in notasını Azərbaycan XİN-ə təqdim edib.
Azərbaycan XİN-in məlumatında deyilir ki, hazırda Xorvatiya diplomatik missiyası Azərbaycanda müvəqqəti ofis kimi fəaliyyət göstərir.02D-
Siyasət
-
Yanvarın 7-də dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibə verib. Saat 18:00-a qədər müsahibənin məzmzunu açıqlanmayıb.
-
Dekabrın sonlarında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş maliyyə naziri Rafael Əliyevə və Naxçıvan Gömrük Komitəsinin keçmiş şöbə rəisi Mənsur Əsgərova qarşı cinayət işi üzrə proses başa çatıb. Hər iki şəxs başqa şəxslərlə əlbir olaraq dövlət büdcəsinin vəsaitlərini mənimsəməkdə ittiham olunurdular.
-
"Respublikaçı Alternativ" Partiyası (REAL) 29 yanvar bələdiyyə seçkiləri ərəfəsində iqtisadi fəaliyyət imkanlarını genişləndirmək məqsədilə yerli hakimiyyət orqanlarında islahatlar proqramı təklif edib.
-
Yanvarın 7-də dövlət başçısı 1 yanvar tarixindən etibarən aşağıda sadalanan bir sıra büdcə təşkilatlarının işçilərinin əmək haqqının 15% artırılması haqqında fərman imzalayıb:
Rəy yaz