Bakı/20.10.20/Turan: Son bir gün ərzində döyüş əməliyyatları zamanı Azərbaycan SQ Zəngilan rayon mərkəzini və qonşu rayonların – Azərbaycanın Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının 30-a yaxın kəndini azad edib. Bu barədə oktyabrın 20-də günorta dövlət başçısı İlham Əliyev xalqa müraciətində bildirib.
O deyib ki, bütün ölkə ərazisi düşməndən təmizlənənə qədər müharibənin davam etdiriləcəyini deyib.
“Ölkənin ərazi bütövlüyü tamamilə təmin edilməlidir. Bu olmadan biz dayanmayacağıq”, deyə o qeyd edib.
İlham Əliyev azad edilən yaşayış məntəqələrinin adlarını da açıqlayıb.
Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.
Cəbrayıl rayonu: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.
Xocavənd (Martuni) rayonu – Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Vəng (yeni adı Çinarlı);
Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri.
Dövlət başçısının məlumatı Bakının və ölkənin digər şəhərlərinin küçələrində coşqunluğa səbəb olub. -02D-
Rəy yaz