Media haqqında qanunun ilk ayaq səsləri; Jurnalist niyə cəzalandırıldı?- Xalid Ağəliyev “Çətin sual" qarşısında
Bakı/21.12.21/Turan: Dekabrın 18-də jurnalist Səxavət Məmməd ordu haqqında yazıları ilə əlaqədar Baş Prokurorluğa dəvət olunub. Daha sonra o, Xətai rayon məhkəməsinə aparılıb, burada ona İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə 500 manat cərimə təyin edilib.
Milli Məclis dekabrın 20-də plenar iclasında "Media haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib.Müzakirələr zamanı deputatlar ekspertlərin və KİV nümayəndələrinin bu qanun layihəsi haqqında çoxsaylı tənqidinə məhəl qoyulmayıb.
Bütün bunlar barədə hüquqşünas, media məsələləri üzrə ekspert Xalid Ağəliyev Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışir.
Çətin sual
-
Müsavat Partiyasının başqanı İsa Qəmbər Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində gündəmi şərh edir.
-
2025-ci il dövlət büdcəsi, Vergi Məcəlləsinə dəyişikliklər, gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarı, DSMF-nin 2025-ci il üçün büdcə layihəsi haqda iqtisadçı REAL Partiyasının sədri Natiq Cəfərli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Azərbaycandakı son həbslər, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı baş verən proseslər, beynəlxalq təşkilatların və Qərbin baş verənlərə münasibəti barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
Azərbaycandakı son həbslər, ölkədə insan haqlarının vəziyyəti ilə bağlı baş verən proseslər, beynəlxalq təşkilatların və Qərbin baş verənlərə münasibəti barədə Azər Qasımlının həyat yoldaşı, siyasi-psixoloq Samirə Qasımlı Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz