Şəhid valideyinləri geri çəkilmirlər
Bakı/27.01.21/Turan: Yanvarın 26-da İkinci Qarabağ döyüşündə şəhid olanların ailə üzvləri Qaradağda qəbirləri qazıb, yaxınlarının cəsədlərini çıxartmağa çalışıblar. Polislər şəhid yaxınlarının bu hərəkətinin qarşısını alıblar. Onların bunu etməsinə səbəb isə övladlarının Qaradağ rayonunda deyil, İkinci Fəxri Xiyabanda dəfn olunmasını tələb etmələridir. Lakin onların müraciətlərinə baxılmayıb.
Şəhid yaxınları sinə daşını qırdıqları zaman qəbrin qrunt suları ilə dolduğunu görüb daha da qəzəbləniblər. Şəhid yaxınları səhərə kimi qəbiristanlıqda etirazlarına davam ediblər. Gecə Bakı Şəhər İcra Hakimiyyətindən nümayəndə gəlsə də valideynlər onu qəbiristanlıqdan qovublar.
Valideynlər deyirlər ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonundan olan 17 nəfər Qaradağ rayonundakı yol kənarında olan bu məzarlıqda ailələrinin razılığı olmadan dəfn edilib.
Yanvarın 27 şəhidlərin yaxınları Qaradağda yolun nəqliyyatını bağlamaya çalışıblar. Polislər bunun qarşısını alıblar. -0-
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz