Açiq mənbələrdən foto.
Tehran Azərbaycana dost olduğunu bildirir, lakin əməldə bunun əksini edir
Bakı/04.10.21/Turan:Tehran Bakı və Yerevanla yaxşı münasibətlər saxlayır, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xatibzadə Ermənistan xarici işlər nazirinin İrana səfərini şərh edərkən bildirib.
"İkitərəfli münasibətləri inkişaf etdirmək məqsədilə Ermənistan xarici işlər nazirinin Tehrana səfəri öncədən planlaşdırılıb. Səfər çərçivəsində siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Biz Azərbaycanla da, Ermənistanla da yaxşı münasibətləri saxlayırıq", - İRNA agentliyi Xatibzadədən sitat gətirir.
Sonra o, Azərbaycanda İranla sərhəddə "terrorçuların olması" ilə bağlı bir neçə gün öncə Tehrandan səslənən tezis təkrarlayıb. "Müharibə başlayandan biz hesabatlar aldıq və bizim azərbaycanlı həmkarlarımıza bu barədə məlumat verdik. Onlar əmin etdilər ki, başqa ölkələrə qarşı heç bir təhlükə yoxdur".
İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsinə toxunan mətbuat katibi deyib ki, Tehran Bakı ilə danışıqların davam etdirilməsinə tərəfdardır.
"Biz azərbaycanlı dostlarımıza dedik ki, İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bakı üçüncü ölkənin onun ərazisindən istifadə etməsinə imkan verməməlidir. İran öz təhlükəsizliyini təmin edə bilər, amma Azərbaycan da öz öhdəliklərini yerinə yetirməlidir", - o bildirib. Xatibzadə həmçinin iranlı sürücülərin azərbaycanlı sərhədçilər tərəfindən həbsini tənqid edib.
Beləliklə, Tehran növbəti dəfə Bakıya qarşı iradlarını təsdiqləyən hər hansı sübut və ya dəlil təqdim etməyib. Həmçinin İran Tehranın Qarabağda separatçılarla birbaşa ticarətə dəstək verməsi və ermənilərin Azərbaycanın ərazi bütövlüyünü pozmasına məhəl qoymaması barədə ittihamlara da cavab verməyib.-02D-
-
- Böyük Şərq
- 4 Oktyabr 2021 16:16
Siyasət
-
Dekabrın 23-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olub. Yekun mətbuat konfransında Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib ki, tərəflər turizmin inkişafını müzakirə ediblər. "Biz birbaşa aviareyslərin açılması, iqtisadi inkişaf və energetika üzrə işi gücləndiririk", - Curiç deyib.
-
Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Bəxtiyar Hacıyevin işi üzrə dinləmələr davam edib.
-
Dekabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-11" YouTube resursunun rəhbəri Teymur Kərimovun işi üzrə proses davam edib. O, hədə yoluyla tələb etməkdə ittiham olunur.
-
Mossad (İsrailin xarici kəşfiyyat xidməti) rəhbəri David Barnea ölkənin siyasi rəhbərliyinə tövsiyə edib ki, husilərə yox, İrana zərbə endirsin, dekabrın 22-də Ynet bildirib.
Rəy yaz