Ilham Aliyev and Recep Tayyip Erdogan.
Əliyev və Ərdoğan Füzuli beynəlxalq aeroportunu açıblar
Bakı/26.10.21/Turan: Bu gün Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq aeroportun açılışı olub.
Dövlət başçıları erməni işğalından azad olunmuş ərazilərdə inşa edilmiş ilk hava limanı binasının qarşısındakı qırmızı lenti kəsiblər.
Əliyev və Ərdoğan Qarabağın "hava qapısı"nın rəmzi açarlarını nümayiş etdiriblər.
Füzulidə beynəlxalq aeroport rekord qısa müddətdə – 8 ay ərzində inşa edilib.
İlk sərnişin və yük sınaq reysləri sentyabrın 5-də Bakıdan həyata keçirilib.
Aeroporta beynəlxalq status verilib.
Aeroportun uçuş-eniş zolağının uzunluğu 3000 metr, eni 60 metrdir.
Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub.
Azad edilmiş ərazilərdə daha iki hava limanı Zəngilan və Laçında (Laçın və Kəlbəcər rayonlarının qovşağında) inşa edilir.
Əliyev və Ərdoğan bir sıra digər infrastruktur layihələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edəcəklər. –06D-
-
- İqtisadiyyat
- 26 Oktyabr 2021 13:32
-
- Maliyyə
- 26 Oktyabr 2021 13:58
Siyasət
-
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
-
Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində regionda uzuznmüddətli sülhün bərqərar olması ilə bağlı təkliflərini dərc edib. Bu təkliflər arasında o, Azərbaycana təkcə beynəlxalq məhkəmələrdə deyil, ümumiyyətlə də qarşılıqlı iddialardan imtina etməyi təklif edib.
-
ABŞ Ukrayna üçün yeni və prezident Co Baydenin administrasiyası dövründə sonuncu hərbi yardım paketini açıqlayıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyada bildirib ki, yardımın məbləği 500 milyon dollar təşkil edir.
-
Bakıda 10 yeni metro stansiyasının inşa ediləcəyi gözlənir. Bu barədə yanvarın 7-də jurnalistlərlə görüş zamanı prezident İlham Əliyev danışıb.
Rəy yaz