Elçin Məmməd
Həbs edilmiş jurnalist beynəlxalq ictimaiyyətdən yardım istəyib
Bakı/10.11.21/Turan: 16 saylı cəzaçəkmə müəssiəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd vəziyyətilə bağlı müstəqil media qurumlarına, beynəlxalq hüquq təşkilatlarına, xarici ölkə səfilrikklərinə və diplomatik nümayəndəliklərinə müraciət ünvanlayıb.
E.Məmməd iki ilə yaxındir ki, həbsdə saxlanılmasını “törətmədiyi cinayətə görə çəza çəkməsi", “girovluqda saxlanması" kimi dəyərləndirir. “Əsassız yerə həbs olunmağımla yanaşı, hüquqlarım pozulur və ayrı-seçkiliyə məruz qalıram. Mənə təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətlərim də rədd edilir”, deyə bildirir.
Bununla bağlı apellyasiya şikayəti verdiyini deyən E.Məmməd müsbət cavab alacağına inanmadığını vurğulayır.
Səbəbini isə belə izah edir ki, həbsi sifarişlidir və müəyyən dairələrin hədəfinə çevrilib. Onun fikrincə, həyatı və təhlükəsizliyi risk altındadır, artıq hüquqlarını bərpa edəcəyinə ümidi yoxdur.
“Məhkəmələr qərəzli qərarlar çıxarır və sanki məndən qisas alrılar. Hər an həbsxanada təxribatlara məruz qala bilərəm və mənə əlavə cəza da verilə bilər".
Həbsini sifarişli hesab edən E.Məmmədə görə, bu adamlar ədliyyə orqanlarına da təsir imkanlarına malikdir və həbsdə olması həyatını risk altına atır.
O vurğulayır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xahişi ilə cinayət işi Baş Prokurorluğun nəzarətinə götürülsə də, hər hansı müsbət nəticə yoxdur.
E.Məmməd deyir ki, hüquqlarının müdafiəsilə bağlı ailəsi və vəkili vasitəsilə ərizələrinin müvafiq instansiyalara çatdırılmasına imkan vermir. “16 saylı cəzaçəkmə müəssisəsində sənədlərim ciddi senzuraya məruz qalır və 4 aydan çoxdur ki, vəkilimin sorğularına cavab verilmir. Ailəmlə əlaqə saxlamağa məhdudiyyətlər qoyulur”, deyə vurğulayır.
Səhhət barədə danışan E.Məmməd səhhətinin pisləşdiyini, “hepatit-C” xəstəsi olduğunu, həbsxana şəraitinin sağlamlığına mənfi təsir etdiyini, əsəblərinin korlandığını, prostatitdən əziyyət çəkdiyini nəzərə çatdırıb.
E.Məmməd deyir ki, ondan götürülmüş qan və digər müayinələrin nəticəsi ilə bağlı vəkilinin sorğusuna 5 aydır ki, cavab verilmir.
Hüquq müdafiəçisi müraciət etdiyi qurumları pozulmuş hüquqlarının bərpasına yardımçı olmağa çağırır. -05D-
Cəmiyyət
-
Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib ki, təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər uçub, onlardan 38 nəfər həlak olub. Onun vurğulamasına görə, ölənlərin 26-sı Azərbaycan vətəndaşlarıdır.
-
Dekabrın 27-də Bakıda və Abşeronda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 9-11 dərəcə olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək..
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
-
Dekabrın 25-də səhər tezdən Aktau şəhəri yaxınlığında Azərbaycanın AZAL aviaşirkətinin “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.
Rəy yaz