Saleh Rüstəmov
Saleh Rüstəmovun vəziyyəti ağırdır
Bakı/22.11.21/Turan: Gədəbəy rayonunun hazırda həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmovun vəziyyəti pisləşməyə davam edir. Bu barədə onun ailə üzvləri məlumat verib.
Onların sözlərinə görə, bu gün vəkil Bəhruz Bayramov Penitensiar Xidmətin Müalicə Müəssisəsində artıq 17-ci gündür aclıq aksiyası keçirən Rüstəmova baş çəkib. "Onlar şüşə arxasından telefonla danışıblar. Saleh bəy son dərəcə halsız idi, qırıq-qırıq səslə, güclə danışırdı. Cəmi 10 dəqiqə dayana bildi. Dedi ki, sona qədər aclığı davam etdirəcək, həftə içi nəticəni tezləşdirmək üçün quru aclığa keçəcək".
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
* Rüstəmov 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Sonra, mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda günahlandırılırlar.
AXCP ittihami təkzib etmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəmov 7 il 3 ay, Məhərrəmov 4 il, Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Rüstəmli və Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb. -0-
-
- Siyasət
- 22 Noyabr 2021 13:32
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
USAİD-ə qarşı iddiaların əsası varmı? - Natiq Cəfərli Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:09
- 162
Rəy yaz