2025-ci ilin büdcəsi nələr vəd edir?
Maliyyə
-
Dövlətlərin borclanması trendi son illərdə xüsusilə artıb. Bunun əsas katalizatoru 2020-ci ildə düntada baş verən koronovirus pandemiyası oldu. Dünya miqyasında dövlətlərin borclanması daha geniş vüsət almaqdadır. BMT-nin Sənədin də [1] qeyd edilir: “Qlobal miqyasda dövlətlərin borcu 2010-cu ildən bəri təxminən iki dəfə artaraq 2023-cü ildə 97 trilyon dollarlıq tarixi rekord səviyyəyə çatıb. Artan faiz dərəcələri xüsusilə inkişaf etməkdə olan ölkələrdə hökumət büdcələri üzərində təzyiqi daha da artırır. Bu gün 3,3 milyarddan çox insan borc faizlərinin ödənilməsinə təhsildən və ya səhiyyədən daha çox pul xərcləyən ölkələrdə yaşayır."
-
bp Avropanın enerji ehtiyaclarını ödəmək üçün vacib olan əsas infrastruktur aktivi olan “Trans Adriatic Pipeline AG” (TAP) şirkətində 20% paya sahib olan “bp Pipelines TAP Limited”də nəzarət olunmayan payı satmaq üçün “Apollo Funds” ilə müqavilə bağlayıb. Bu, Xəzər dənizindəki (Azərbaycan) “Şahdəniz” yatağından hasil edilən təbii qazı Yunanıstan və İtaliya kimi Avropa ölkələrinə nəql edən Cənub Qaz Dəhlizinin 880 kilometrlik yekun hissəsidir. 1 milyard dollarlıq əməliyyatın tənzimləyici orqanlar və tərəfdaşların təsdiqi ilə 2024-cü ilin dördüncü rübündə tamamlanacağı gözlənilir.
-
Hökümətyönlü media və ekspertlər iddia edirlər ki, Azərbaycan "Formula-1"-ə ev sahibliyi etməklə iqtisadi gücünü, inkişafını, qonaqpərvərliyini, multikultural dəyərlərini, dünyaya nümayiş etdirir. Onlar hesab edirlər ki, bu yarışın Azərbaycanda keçirilməsinin Azərbaycanın gücü, dünyada nüfuzu, yüksək iqtisadi potensialı ilə birbaşa əlaqəsi var və “Formula-1” ölkənin turizm potensialının bütün dünyada təbliğ edilməsində müstəsna rol oynayır.
-
Azərbaycan 2016-cı ildən "Formula 1 Grand-prix" yarışlarına ev sahibliyi edir. Ötən dövr ərzində Formula 1 yarışı 2020-ci ildə COVİD-19 ilə əlaqədar olaraq təşkil olunmayıb, 2021-ci ildə isə izləyiclərsiz keçirilib. İlk müqavilə ilə 2020-ci ildə yekunlaşmalı olan yarışın müddəti sonrada daha 3 il uzadılıb. 2023-cü ildə isə Azərbaycanın bu yarışa ev sahibliyini yenidən ən azı 2026-cı ilə qədər davamına nail olub[1].
Rəy yaz