Human Rights Watch: Azərbaycan müstəqil səsləri susdurmamalıdır
Human Rights Watch: Azərbaycan müstəqil səsləri susdurmamalıdır
Birləşmiş Millətlər Təşkilatının 29-cu illik iqlim dəyişikliyi konfransında (COP29) iştirak edən hökumətlər insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməlidirlər. Bu barədə Human Rights Watch təşkilatının məlumatında deyilir.
"Üçüncü ildir ki, ard-arda COP söz və dinc toplaşma azadlığını ciddi şəkildə məhdudlaşdıran repressiv dövlətdə keçirilir", - Human Rights Watch-da ətraf mühitin baş mühafizəçisi Mirto Tilianaki deyib.
"Azərbaycanda COP29-da iştirak edən hökumətlər iqlim dəyişikliyilə mübarizə tədbirlərinin müstəqil səslərin mühüm iştirakını tələb etdiyini açıq şəkildə bildirməlidirlər".
Azərbaycanda özgəfikirliliyə dözməyən və son aylarda müstəqil jurnalistləri və vətəndaş fəallarını təqib edən avtoritar hökumət var. Özbaşına saxlanılanlar arasında korrupsiyaya qarşı mübarizədə fəal, Azərbaycanın neft-qaz sektorunu tənqid edən və COP29-dan əvvəl Azərbaycanda vətəndaş azadlıqları və ekoloji ədalət təşəbbüsünün həmtəsisçisi olan insan hüquqları müdafiəçisi var.
Azərbaycan hökumətinin müstəqil fəallara qarşı düşmənçiliyi vətəndaş cəmiyyəti qruplarının COP29-da və konfransdan sonra iştirakını şübhə altına alır, Human Rights Watch belə hesab edir.
2022-ci ildə Azərbaycanın neft və qaz gəlirləri dövlət büdcəsinin 52 faizini və ixrac gəlirlərinin 90 faizini təşkil edib.
"Hökumətlər iqlim böhranı ilə mübarizə və insan hüquqlarının qorunması üzrə səyləri pozmaq üçün Azərbaycanın öz mövqeyindən istifadə etməsinə icazə verməməlidirlər", - Tilianaki deyib.
-
- Maliyyə
- 24 Sentyabr 2024 13:02
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz