South-West Asia
Aprel döyüşləri böyük Qarabağ müharibənin xəbərçisi idi
2016-cı ilin aprelində Qarabağda 20 ildən çox davam edən atəşkəsdən sonra Azərbaycan Silahlı Qüvvələrinin erməni ordusuna mikroməğlubiyyət yaşatdığı üçgünlük döyüşlərdən dərhal sonra Turan Agentliyinin Analitika Xidməti “Rusiyanın Cənuba sıçraması yolunda Qarabağ münaqişəsi” sərlövhəli məqalə dərc etmişdi. Biz məqalədə erməniləri şoka salan qələbəyüklü kiçik müharibənin səbəbini, regionda qüvvələrin balansını və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunmuş əsas xarici siyasi oyunçuların maraqlarını izah etməyə çalışmışdıq.
Analitika xidməti belə bir nəticəyə gəlmişdi ki, aprel döyüşləri Yerevana ABŞ, Rusiya, Türkiyə və İranın Ön Asiya regionunda yaranmış yeni maraqlarını nəzərə alaraq, Qarabağ münaqişəsi üzrə mövqeyinə yenidən baxmalı olması zərurəti haqqında ilk əyani mesaj idi.
Hazırki genişmiqyaslı hərbi əməliyyatlar və lokal aprel döyüşləri arasındakı zaman kəsiyi göstərir ki, Ermənistan cəmiyyəti dəyişən dünya nizam-intizamını nəzərə almayıb və dörd imperiya dövlətinin maraqlarına məhəl qoymayıb. Bu mənada başlayan müharibə qaçılmaz və zəruri idi. “Rusiyanın Cənuba sıçraması yolunda Qarabağ münaqişəsi” məqaləsində bu, proqnozlaşdırılmışdı.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Признают ли в России обстрел самолета AZAL? - беседа с Аркадием Дубновым
Xəbər lenti
-
- Siyasət,
- 14:23
- 485
Rəy yaz